1 апр. 2019 г.

İmtahan və tədbirlərin tarixləri - TƏQVİM

Dövlət İmtahan Mərkəzi  2019-cu ildə keçiriləcək bir neçə imtahanın  dəqiq tarixini elan edib.


 15 mart - 15 aprel - Ali və orta ixtisas təhsili müəssisələrinə elektron sənəd qəbulu;

31 mart- Əvvəlki ilin məzunları üçün orta ixtisas təhsil müəssisələrinə 9 illik bazada qəbul imtahanı, I mərhələ;

31 mart - 9-cu sinif cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

 31 mart - Orta ixtisas təhsili müəssisəsində orta məktəbdə təhsil aldıqları bölmədən fərqli bölmə üzrə təhsil almaq istəyən cari ilin məzunları üçün əlavə Azərbaycan və ya rus dili imtahanı, I mərhələ;

31 mart - Əvvəlki illərin məzunları və eksternat qaydada imtahan verənlər üçün buraxılış imtahanlarının I mərhələsi keçiriləcək.

1 aprel - Rezidenturaya qəbul imtahanına buraxılış vərəqəsinin çap edilməsi (I mərhələ);

7 aprel - Buraxılış imtahanları - Tam orta (11 illik) təhsil bazasında, 1-ci istiqamət;

7 aprel - Rezidenturaya QƏBUL İMTAHANI, 1-ci mərhələ;

14 aprel - Buraxılış imtahanları-Tam orta (11 illik) təhsil bazasında, 2-ci istiqamət;

16 aprel - Jurnalistikaya aid ixtisaslaşmalara qəbul olmaq istəyənlərin qeydiyyatı.
 aztehsil.com

Təhsil Nazirliyi “Yaşıl məktəb” aksiyasına başlayır

Təhsil Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə aprelin 8-dən “Yaşıl məktəb” aksiyasına start verir.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində ölkənin regionlarında yerləşən bütün ümumtəhsil, ali və orta ixtisas, peşə məktəbləri və məktəbdənkənar təhsil müəssisələrinin ərazilərində yaşıllaşdırma işləri aparılacaq.
“Yaşıl məktəb” aksiyasının məqsədi ətraf mühitin qorunması, şagird və tələbələrdə təbiətə qayğı hissini və ekoloji mədəniyyəti inkişaf etdirmək, onların sağlamlığının qayğısına qalmaqdır.
Aksiya aprelin sonunadək davam edəcək.

V qrup üzrə ixtisasların minimal keçid balları

Azərbaycan Respublikasının Nazirlər Kabineti 2019-cu ildə ali məktəblərə qəbul aparılacaq ixtisasların adlarını elan edib.

Qərar Dövlət İmtahan Mərkəzinin nəşr etdirdiyi “Abituriyent 1” jurnalında da dərc olunub.
  1. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə)*
  2. Bədən tərbiyəsi və idman*
  3. Musiqi müəllimliyi*
  4. Təsviri incəsənət müəllimliyi*
  5. İnstrumental ifaçılıq*
  6. Solo oxuma*
  7. Dirijorluq*
  8. Bəstəkarlıq*
  9. Musiqişünaslıq*
  10. Xoreoqrafiya sənəti*
  11. Estrada sənəti*
  12. Xalq çalğı alətləri ifaçılığı*
  13. Aktyor sənəti*
  14. Dekorativ sənət*
  15. Rejissorluq*
  16. Operator sənəti*
  17. Rəngkarlıq*
  18. Qrafika*
  19. Heykəltəraşlıq*
  20. Dizayn* (təsviri sənət istiqaməti)
  21. Dizayn* (memarlıq və dizayn istiqaməti)
  22. Məşqçi (idman növü üzrə)[25]
  23. Rəqs müəllimliyi
Qeyd edək ki, “*”-la işarələnən ixtisasların hər biri xüsusi qabiliyyət tələb edir.
V ixtisas qrupu üzrə Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (qızlar üçün fiziki tərbiyə), Musiqi müəllimliyi, Rəqs müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Dizayn, Bədən tərbiyəsi və idman və Məşqçi (idman növü üzrə) ixtisasları üzrə I mərhələdə 60 bal tələb olunur. Qabiliyyət imtahanınından “məqbul”nəticə əldə edilməlidir.
V ixtisas qrupu üzrə Dekorativ sənət, İnstrumental ifaçılıq, Solo oxuma, Dirijorluq, Bəstəkarlıq, Musiqişünaslıq, Estrada sənəti, Xalq çalğı alətləri ifaçılığı,Aktyor sənəti, Rejissorluq, Operator sənəti,Rəngkarlıq, Qrafika, Heykəltəraşlıq və Xoreoqrafiya sənəti (sahələr üzrə) ixtisasları üzrə I mərhələdə minumum 60 bal tələb olunur. Qabiliyyət imtahanınından minumum “6” olmalıdır.
Xatırladaq ki, V ixtisas qrupunun abituriyentləri qəbul imtahanının II mərhələsini vermədən müsabiqədə iştirak edə bilirlər.
Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanları haqqında ətraflı məlumat “Abituriyent” jurnalının xüsusi buraxılışı olan “Xüsusi qabiliyyət imtahanları” jurnalının ilk sayında nəşr ediləcək. Burada xüsusi qabiliyyət tələb edən ixtisasların yığcam xarakteristikası, bu ixtisaslar üzrə müsabiqə şərtləri və kadr hazırlığının hansı ali təhsil müəssisələrində aparılması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyə və məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər əksini tapacaq.

28 мар. 2019 г.

Müddətsiz əmək müqaviləsi ilə işləmək istəyən müəllimlərin nəzərinə

Respublikanın ümumi təhsil müəssisələrində müddətli əsaslarla çalışan müəllimlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə yeni müsabiqəyə start verilir.
Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində fəaliyyət göstərən İnsan Resursları Mərkəzi tərəfindən keçirilən müsabiqədə iştirak etmək istəyən namizədlər cari ilin 1-5 aprel tarixlərindəhttp://www.miq.edu.az/muqavile/ saytında qeydiyyatdan keçməlidirlər.
Sözügedən müsabiqələrdə 2017-2018-ci və 2018-2019-cu tədris illəri üçün  keçirilmiş müəllimlərin işə qəbulu müsabiqəsində zəruri keçid balını toplayan, pedaqoji istiqamətlər  üzrə orta ixtisas və ya ali təhsilli, tutulmayan və ya yeni yaranan vakant yerlərə müddətli əmək müqaviləsi ilə  işə qəbul edilmiş müəllimlər iştirak edə bilərlər.
Qeyd edək ki, həvəsləndirmə tədbirləri tətbiq olunmayan müəssisələrə fiziki tərbiyə, musiqi və təsviri incəsənət fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan müəssisələrə isə bütün fənlər üzrə 36 bal müəyyən edilib.
Müsahibə proqramı və materialları barədə məlumatlar http://www.miq.edu.az/muqavile/ saytında yerləşdiriləcək.

25 февр. 2016 г.

10 % artım diaqnostik qiymətləndirmədən keçən müəllimlərə şamil olunacaqmı?

Azərbaycan Prezidentinin təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması ilə bağlı bu il imzaladığı sərəncam diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunmur.

Virtualaz.org saytı Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1709 nömrəli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçmiş müəllimlərin əməkhaqqı Vahid Tarif Cədvəli əsasında ödənilmədiyi üçün qeyd olunan artım həmin müəllimlərə şamil olunmur”, - nazirlikdən belə bildirilib.