18 июл. 2013 г.

Azərbaycan məktəblərində direktorları başqa cür təyin edəcəklər

Hazırkı mərhələdə məktəb direktorlarının seçilib yerləşdirilməsi Təhsil Nazirliyinin ciddi diqqət mərkəzində olan məsələlərdəndir.
Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda qeyd olunub ki, ümumi təhsilin keyfiyyətinə bilavasitə məsuliyyət daşımaları nəzərə alınaraq, daha səriştəli, peşəkar, müasir menecment bacarığına malik şəxslərin direktor vəzifəsinə təyin edilməsi üçün yeni mexanizm hazırlanır. Mexanizm təsdiq edildikdən sonra ictimaiyyətə elan ediləcək. Yeni mexanizm direktorluğa namizədlərin ehtiyat kadr bazasının yaradılmasını da nəzərdə tutur.

Комментариев нет:

Отправить комментарий