19 июл. 2013 г.

Azərbaycanda orta məktəblərin silahla təchiz olunması nəzərdə tutulur

Azərbaycanın orta məktəblərində çağırışa qədərki hazırlıq fənninin tədrisində keyfiyyətin yüksəldilməsi üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) Təhsil Nazirliyi ilə birgə işlər aparır. Bu barədə SHÇDX-dən məlumat verilib.
Adıçəkilən qurumlar arasında çağırışa qədərki hazırlıq fənninin tədrisinin yaxşılaşdırılması məqsədi ilə birgə fəaliyyət planı hazırlanır.
Plana əsasən, yaxın gələcəkdə rayon mərkəzləri və iri şəhərlərdə orta məktəblərin şagirdləri silahdan istifadə və atışların həyata keçirilməsi üçün SHÇDX-nin «Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı» MMC-nin bazalarından istifadə edəcəklər. Bundan başqa, orta məktəblərin atış trenajorları və təlim silahları ilə təchiz olunması istiqamətində xüsusi proqramın reallaşdırılması nəzərdə tutulur.
apa

Комментариев нет:

Отправить комментарий