18 июл. 2013 г.

Nazir əmr imzaladı: Orta məktəb məzunlarına qızıl və gümüş medallar veriləcək

 

Təhsil naziri Mikayıl Cabbarov ümumtəhsil məktəblərinin məzunlarının qızıl və gümüş medalla təltifi haqqında əmr imzalayıb. Təhsil Nazirliyindən verilən xəbərə görə, nazir Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini nəzərə alaraq 238 məzunun qızıl, TQDK tərəfindən 2012/2013-cü dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələrini, habelə həmin məzunların X-XI siniflərdə oxuduqları müddətdə bir və ya bir neçə fəndən illik “4” qiymət aldıqlarını əsas tutaraq 10 məzunun isə gümüş medala layiq görülməsi barədə əmr imzalayıb. Qızıl və gümüş medala layiq görülmüş təhsil alanların adları oxuduqları məktəbin “Şərəf kitabı”na yazılacaq. /APA/

Комментариев нет:

Отправить комментарий