21 июл. 2013 г.

Qonşuluğumuzda bioloji silah istehsal edilir?

Qonşuluğumuzda bioloji silah istehsal edilir?Türkiyənin Hürriyət qəzetinin verdiyi məlumata görə Moskva qonşu Gürcüstanda biyoloji silahların istehsalı ilə bağlı iddialarla çalxalanır.  Rusiya Xarici İşlər Nazirliyinin dünən yayınladığı “2012-ci il təhlükəsizlik və silahsızlaşma hesabatı”nda ABŞ Müdafiə Nazirliyinin (Pentagon) Rusiyanın qonşuluğunda  qurduğu laboratoriyalarda bioloji silah istehsalına çalışdığı qeyd olunub.Rusiya parlamenti Müdafə Komitəsindən Vyaçislav Tetekin isə hesabatda adı açıqlanmayan ölkənin Gürcüstan olduğunu bildirib.Pentagondan hələlik Rusiyanın iddialarına cavab verilməsə də artıq Moskvada ABŞ Prezidenti Barak Obamanın sentyabrda keçiriləcək G20 zirvəsini təxirə sala biləcəyi şayiəsi yayılmağa başlayıb.
“CPHRL” (Mərkəzi Səhiyyə Referans  Laboratoriyası) adlı mərkəz paytaxt Tiflis yaxınlığındakı Alekseyevkada 2011-ci ilin Mart ayının 18-də gerçəkləşdirilən açılışa kimyəvi, biyoloji və nüvə çalışmalarından məsul ABŞ Müdaifə Nazirinin müavini Andrev Veber də qatılmışdı.Rəsmi açıqlamalara görə bu mərkəz bölgədə yolxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün fəaliyyət göstərir.
1975-ci ildə biyoloji silahların istehsalını qadağan edən BWC müqaviləsində ABŞ-ın imzası olsa da son vaxtlarda yürütdüyü “bio-müdaifə” proqramlarının  BWC müqaviləsinə zidd olduğunu iddia edənlər də var.
/istiqamet.com/

Комментариев нет:

Отправить комментарий