20 июл. 2013 г.

Təhsil Nazirliyində qalmaqal

 
Faktxeber.comun verdiyi məlumata görə bu gün Təhsil Nazirliyində Mikayıl Cabbarovun rəhbərliyi ilə yığıncaq keçirilib. Dar çərçivədə gerçəkləşən yığıncaqda nazirlik aparatının rəhbəri, nazirin müşaviri, təhsil üzrə QHT rəhbərləri və ekspertlər iştirak ediblər. Tədbir qalmaqalsız ötüşməyib. Belə ki, çıxış üçün az vaxt verilməsi səbəbindən təhsil eksperti Əlövsət Osmanlı ilə Mikayıl Cabbarov arasında mübahisə yaranıb. Ona görə də ekspert zalı tərk etmək məcburiyyətində qalıb. Hadisənin təfərrüatını öyrənmək üçün Əlövsət müəllimə zəng etdik. O qısaca olaraq bunu dedi: “Yaxın günlərdə mətbuatda “Mikayıl Cabbarovun 100 günü” adlı geniş yazı ilə çıxış edəcəm və orada bu məsələyə də toxunacam”.

Комментариев нет:

Отправить комментарий