25 февр. 2016 г.

10 % artım diaqnostik qiymətləndirmədən keçən müəllimlərə şamil olunacaqmı?

Azərbaycan Prezidentinin təhsil müəssisələrində çalışan işçilərin əmək haqlarının artırılması ilə bağlı bu il imzaladığı sərəncam diaqnostik qiymətləndirilmədən keçən müəllimlərə şamil olunmur.

Virtualaz.org saytı Təhsil Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin “Təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının artırılması haqqında” 2016-cı il 18 yanvar tarixli 1709 nömrəli sərəncamına əsasən dövlət büdcəsindən maliyyələşdirilən təhsil müəssisələrində (ali təhsil müəssisələri istisna olmaqla) çalışan işçilərin Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq vəzifə (tarif) maaşları 2016-cı il fevralın 1-dən orta hesabla 10 faiz artırılıb.
“Bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsindən keçmiş müəllimlərin əməkhaqqı Vahid Tarif Cədvəli əsasında ödənilmədiyi üçün qeyd olunan artım həmin müəllimlərə şamil olunmur”, - nazirlikdən belə bildirilib.

23 февр. 2016 г.

2016-cı ildə keçiriləcək imtahanların və tədbirlərin tarixləri

23-02-2016
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-cı ildə ümumtəhsil müəssisələrini bitirən şagirdlərin, ali təhsil müəssisələrinin bakalavriat, magistratura və rezidentura səviyyələrinə, ümumi və tam orta təhsil bazalarında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarına hazırlaşan şəxslərin nəzərinə 2016-cı ildə keçiriləcək imtahanların və tədbirlərin tarixlərini çatdırır. TQDK hər bir imtahanda və onunla bağlı olan tədbirdə (sənəd qəbulu, ixtisas seçimi, qeydiyyat və s.) iştirak edəcək abituriyentlərə (namizədlərə) tövsiyə edir ki, təqdim olunan qrafikdə özlərinə uyğun olan tarixləri diqqətdə saxlasınlar və lazımı işləri vaxtında həyata keçirsinlər.   
Tədbir Tarix (2016-cı il) Qeyd

Ali təhsil müəssisələrinin magistratura səviyyəsinə:

  • Magistraturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (on-line rejimdə)
  • 20 fevraldan
Başlanıb
  • ərizə qəbulu
  • 10 — 19 fevral
Başa çatıb
  • QƏBUL İMTAHANI - 1-ci mərhələ
  • 06 mart
 
  • jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qeydiyyatı
  • 11 — 20 aprel
 
  • jurnalistika ixtisaslaşmalarını seçən bakalavların qabiliyyət imtahanı
  • 26 — 29 aprel
 
  • proqram seçimi
  • 03 — 10 may
 
  • QƏBUL İMTAHANI - 2-ci mərhələ
  • 05 iyun
 
  • AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı
  • 9-12 iyun
 
  • AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların müsahibəsi
  • 13, 14, 16, 17 iyun
 
  • ixtisaslaşma seçimi
  • 09 — 19 iyun
 
  • bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı
  • 29 iyun — 11 iyul
 
  • boş qalan yerlərə ixtisaslaşma seçimi
  • 08 — 14 avqust
 
  • boş qalan yerlərə qəbul olan bakalavrların qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı
  • 16 — 25 avqust
 

Ali təhsil müəssisələrinin tibb ixtisaslarının rezidentura səviyyəsinə:

  • Rezidenturaya qəbul imtahanının I mərhələsi üçün sınaq imtahanı (on-line rejimdə)
  • 19 martdan
 
  • ərizə qəbulu
  • 01 — 10 mart
 
  • QƏBUL İMTAHANI 1-ci mərhələ
  • 03 aprel
 
  • QƏBUL İMTAHANI 2-ci mərhələ     
  • 29 iyul 
 
  • ixtisaslaşma seçimi
  • 01 — 07 avqust
 
  • namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı
  • 09 — 5 avqust
 
  • boş qalan yerlərə ixtisaslaşma seçimi
  • 19 — 22 avqust
 
  • boş qalan yerlərə qəbul olan namizədlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı
  • 24 — 25 avqust
 

Rus bölməsinin abituriyentləri üçün Azərbaycan dili imtahanı (ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi və 11-illik təhsil bazasında orta ixtisas təhsili müəssisələri üçün)

  • qeydiyyatın aparılması
  • 01 — 31 mart
 
  •  1-ci imtahan
  • 01 may
 
  • 2-ci imtahan (1-ci imtahanda “qeyri-məqbul” alan və ya iştirak etməyən abituriyentlər üçün)
  • 12 iyun  
 

Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə:

  • Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsi üçün   
    sınaq imtahanları
  • 03, 10, 24 aprel, 8 may
 
  • ərizə qəbulu (I- IV qruplar)
  • 01 — 28 aprel 
 
  • jurnalistika ixtisasını seçən abituriyentlərin qeydiyyatı
  • 01 — 28 aprel
 
  • ərizə qəbulu (V qrup)
  • 03- 17 may
 
  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (I qrup)
  • 15 — 30 aprel
 
  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat (V qrup)
  • 06 — 19 may
 
  • QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)- II və  III qruplar üzrə
  • 15 may    
 
  • QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)- I və  IV qruplar üzrə
  • 22 may
 
  • QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)- V qrup üzrə
  • 5 iyul 
 
  • QƏBUL İMTAHANI (cari ilin məzunları)- I və  IV qruplar üzrə
  • 15 iyul   
 
  • QƏBUL İMTAHANI (cari ilin məzunları)- II və  III qruplar üzrə
  • 23 iyul  
 
  • jurnalistika ixtisasını seçən abituriyentlərin qabiliyyət imtahanı
  • 29 iyul
 
  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (V qrup)
  • 15 iyul — 05 avqust   
 
  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı (I qrup)
  • 25 iyul — 05 avqust
 
  • ixtisas seçimi (I- V qruplar)
  • 29 iyul — 10 avqust
 
  • abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı (I mərhələ üzrə)
  • 15 — 25 avqust
 
  • boş qalan yerlərə ixtisas seçimi (I- V qruplar)
  • 15 — 19 avqust                    
 
  • boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı
  • 22 —31 avqust
 
  • Hərbi liseylərə qəbul imtahanı
  •  29 iyul
 

Orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında:

  • ərizə qəbulu
  • 03 — 17 may
 
  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə elektron qeydiyyat
  • 04 — 18 may
 
  • QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)
  • 05 iyul
 
  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı
  • 15 iyul — 05 avqust
 
  • ixtisas seçimi
  • 15 — 19 avqust
 
  • abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı
  • 22 —31avqust
 
  • boş qalan yerlərə ixtisas seçimi
  • 02 — 06 sentyabr              
 
  • boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı
  • 08 —13 sentyabr               
 

Orta ixtisas təhsili müəssisələrinə ümumi orta təhsil bazasında:

  • ərizə qəbulu
  • 02 —30 may
 
  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə  elektron qeydiyyat
  • 20 may — 02 iyun
 
  • QƏBUL İMTAHANI (əvvəlki illərin məzunları)
  • 05 iyul
 
  • xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qabiliyyət imtahanı
  • 09 — 13 iyul
 
  • ixtisas seçimi
  • 08 — 18 iyul
 
  • abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı
  • 20 — 28 iyul
 
  • boş qalan yerlərə ixtisas seçimi
  • 02 — 08 avqust
 
  • boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı
  • 10 —16 avqust
 

Buraxılış imtahanları:

  • Peşə liseyləri
  • 13 mart
 
  • 1-ci istiqamət   - region
  • 16 iyun
 
  • 2-ci istiqamət  - region
  • 21 iyun
 
  • 3-cü istiqamət - Bakı
  • 25 iyun
 
  • 4-cü istiqamət- region
  • 30 iyun
 
  • Ali təhsil müəssisələrinin V qrupu üzrə qəbul imtahanı (əvvəlki illərin məzunları üçün); Eksternat imtahanı
  • 05 iyul
 

Monitorinq imtahanları:

7 və 8-ci siniflər
  • 4, 5 aprel - region,
    7, 8 aprel - Bakı
 
11-ci sinif
  • 13, 14, 15 aprel - Bakı, 18, 19 aprel - region
 



Mənbə: tqdk.gov.az

21 февр. 2016 г.

Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılır?

Məktəbəqədər təhsil müəssisələrinin yaxın zamanlarda yenidən Təhsil Nazirliyinin tabeçiliyinə veriləcəyi barədə məlumatlar var.
Milli.Az bildirir ki, modern.az-a danışan ekspertlər qeyd ediblər ki, bu müəssisələr icra hakimiyyətlərinə veriləndən sonra xeyli problemlər yaşanıb. Hətta icra hakimiyyətləri uşaq bağçalarına "JEK"lərə olan münasibəti göstərirlər.
Məsələ ilə bağlı Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli modern.az saytına açıqlama verib.
O qeyd edib ki, yaxın vaxtlarda "Məktəbəqədər təhsil müəssisələri haqqında" qanun layihəsinə baxılacaq.
"Bunun üçün işçi qrupu formalaşdırlıb, dünyada mövcud olan təcrübə öyrənilir, mütəxəssislər iş aparır:
"Yaxın günlərdə işçi qrupunun ilk iclası olacaq. Burada məktəbəqədər təhsillə bağlı ən geniş vəzifələr, məqsədlər, məktəbəqədər təhsilin əhatə dairəsi, strategiyası ilə bağlı məsələlər öz əksini tapacaq. Məktəqədər təhsil müəssisələrinin hansı icraedici orqanın tərkibində qalması ölkə başçısının fərmanı və sərəncamı ilə müəyyən olunur və qanunvericiliyin subyekti deyil. Azərbaycanda məktəbəqədər proses bir müddət əvvəl keçmiş sistemdən yeni sistemə keçidlə əlaqədar durğunluq yaşayırdı. Son vaxtlar aparılan müşahidələr onu göstərir ki, Azərbaycanda məktəbəqədər təhsil şəbəkəsi genişlənir, məzmunca da konkret hədəflər alır. Bu istiqamətdə problemlər də var, amma inkişaf sürəti nəzərə çarpacaq səviyyədə gələcəyə nikbin baxmağa əsas verir". 
Əldə etdiyimiz məlumata görə, yeni qanun layihəsinin müzakirəyə çıxarılması məhz məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinə qaytarılması üçündür.

 Təhsil xəbərləri