6 авг. 2013 г.

Dərslər sentyabrın 15-də başlamayacaq

Təhsil Nazirliyi yeni tədris ilinin sentyabrın 1-dən başlanması barədə təklifə münasibət bildirib.


Təhsil Nazirliyindən APA-nın sorğusuna verilən cavabda bildirib ki, yeni tədris ilinə ənənəvi olaraq sentyabrın 15-dən başlanacaq.
 
Ancaq 15 sentyabr bazar günü olduğu üçün dərslərə sentyabrın 16-dan start veriləcək.
 
Qeyd edək ki, Böyük Quruluş Partiyasının başqanı, millət vəkili Fazil Mustafa yeni təşəbbüslə çıxış edərək, "1 sentyabrdan hamı məktəbə!" kampaniyasına başlayıb.

Press24.az

Комментариев нет:

Отправить комментарий