1 авг. 2013 г.

Ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanlar.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013/2014-cü tədris ilində ali təhsil müəssisələrinin müvafiq ixtisaslarına müsabiqədənkənar qəbul olmuş dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq yarışların və müsabiqələrin qalibləri olan abituriyentlərin siyahısını açıqlayıb.

TQDK-nın mətbuat xidmətindən verilən xəbərə görə, siyahıda 53 abituriyentin adı, iş nömrəsi və qəbul olduğu ixtisası əks olunub. Ali məktəblərə müsabiqədənkənar qəbul olan 53 abituriyentin 3-ü dünya fənn olimpiadalarının, 2-si musiqi sahəsi üzrə yüksək səviyyəli beynəlxalq müsabiqələrin, 48-i isə idman sahəsi üzrə yüksək səviyyəli beynəlxalq yarışların qalibləridir.

Qeyd edək ki, “Təhsil haqqında” qanunun 26.5-ci maddəsinə əsasən, dünya fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar.

Комментариев нет:

Отправить комментарий