17 июл. 2013 г.

Ali məktəblərə imtahanlar ləğv olunmalıdır !

"Azərbaycanda ali və orta ümumtəhsil müəssisələrinə imtahanlar ləğv olunmalıdır".

 
Bakuinfo.Az-ın məlumatına görə, bunu Milli Məclisin Elm və Təhsil komissiyasının keçmiş sədri, fizika-riyaziyyat elmləri doktoru, professor Şahlar Əsgərov deyib.
Ş.Əsgərovun sözlərinə görə, imtahanlar ümumi təhsilin qarşısın alır və nəticədə də zərbə cəmiyyətə dəyir: "Sivil cəmiyyətlərin əksəriyyətində belə imtahanlar yoxdur. Sadəcə, ali təhsil almaq istəyənlər gedib qeydiyyatdan keçirlər. Ali və orta ixtisas məktəblərinə imtahanlar vasitəsilə qəbul edilmə proseduru keçmiş sovet dönəmindən qalıb və müasir təhsilin tələblərinə cavab vermir."
Professor vurğulayıb ki, biz bu gün hər bir vətəndaşımızın təhsil almasını istəyiriksə, təhsil sistemində köklü dəyişikliklər aparmalıyıq. Bu dəyişikliklərdən biri də imtahanların ləğv olunmasıdır.
Bununla belə, Şahlar Əsgərov Azərbaycan insanının ümumi intellekt səviyyəsini yüksək qiymətləndirib və düzgün istiqamətlənmiş təhsil olarsa, bu sahədə böyük nailiyyətlər əldə edəcəyimizə şübhəsinin olmadığını bildirib: "Bir məsəl var, ayıya velosiped sürməyi öyrədirlər. Əgər qısa bir müddətdə vəhşi heyvana belə mədəni vərdişə yiyələndirmək mümkündürsə, nəyə görə 10 il müddətində normal bir vətəndaşa təhsil vermək mümkün olmasın?" - Ş.Əsgərov deyib.

Комментариев нет:

Отправить комментарий