18 июл. 2013 г.

Ən çox ‘2’ almış rayonlar

Modern.az saytı 2012-2013-cü tədris ilini başa vurarkən “2” qiyməti alan, buna baxmayaraq attestat əldə edən məzunların ən çox hansı rayonu təmsil etdiklərini öyrənməyə çalışıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə Modern.az-a açıqlamasında bildirib ki, bu siyahıda öncüllüyü cənub bölgəsi təmsil edir. E.Nağızadə məzunları ən çox “2” qiyməti alan 5 rayonun adını açıqlayıb. Belə ki, Sabirabad, Saatlı, Daşkəsən, Cəlilabad, Masallı məzunların ən çox “2” qiyməti aldığı rayonlardır.
Sabirabad rayonunda 1161 11-ci sinif şagirdi “2” qiyməti alıb. Bunlardan 704-ü oğlan, 357-si qızdır. Saatlı rayonunda 346 məzun “2” qiyməti alıb, bunlardan 221-i oğlan, 125-i isə qızdır.
Daşkəsən rayonu üzrə 113 məzun “2” qiyməti alıb. Bunlardan 79-u oğlan, 34-ü qızdır. Cəlilabad rayonu üzrə 1057 məzun (619 oğlan, 438 qız) “2” qiyməti alıb. Masallı rayonu üzrə isə 707 məzun (479 oğlan, 241 qız) “2” qiyməti alıb.
Qeyd edək ki, keçən il də ən çox “2” alan məzunlar cənub bölgəsini təmsil ediblər.

Комментариев нет:

Отправить комментарий